Dünyanın ən etibarlı avtomobilləri açqlandı - SİYAHI

Dünyanın ən etibarlı avtomobilləri açqlandı - SİYAHI
Amerikanın "J.D. Power” şirkəti müxtəlif avtomobil markalarının etibarlılığının tədqiqatını aparıb.

Sfera.az xəbər verir ki, bununla bağlı məlumat şirkətin saytında yerləşdirilib.

Analitiklər buraxılış tarixi 2018-ci il olan 33 251 avtomobilin sahibi arasında sorğu keçiriblər. Suallar son 12 aylıq istifadədə yaranan problemlərə aid olub və səkkiz əsas kateqoriya üzrə toplanılmış 177 spesifik problemi əhatə edib.

Ən etibarlı marka kimi "Lexus” şirkətinin avtomobili tanınıb. Siyahıda ikinci yerdə "Porsche” avtomobilləri qərarlaşıb, üçüncü yeri isə "Kia” maşınları tutub. Bu halda tədqiqatın müəllifləri qeyd ediblər ki, Koreya istehsalçısı kütləvi bazarın markaları arasında ən yüksək yeri tutub.

İlki beşliyə həmçinin "Toyota”, "Buick” və "Cadillac” da daxil olub.

Şirkətdə həmçinin qeyd ediblər ki, analitik nəticələr əvvəlki illərlə müqayisədə avtomobillərin etibarlılığının səviyyəsinin əhəmiyyətli artımını göstərib. (Report)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...