Dünyanın ən dəyərli klubları və idmançıları... - SİYAHI

Dünyanın ən dəyərli klubları və idmançıları... - SİYAHI

Amerikanın məşhur "Forbes" jurnalı 2016-cı ilin ən dəyərli idmançılarının və idman klublarının siyahısını

açıqlayıb.
Sfera.az apasport.az-a istinadən xəbər verir ki, ən dəyərli idmançıların sıralamasında ilk "10-luq"da iki

futbolçu yer alıb.
Bunlar portuqaliyalı Kriştianu Ronaldo və argentinalı Lionel Messidi. "Real"ın qol "maşını" 21,5 milyon

avroluq qiymətlə 6-cı yerə layiq görülüb. "Barselona"nın lideri isə 8-ci pillədə özünə yer tapa bilib.

"Forbes"in hesablamasına görə, ilin ən dəyərli idmançısı tennisçi Roje Federerdi. Ötən ilin lideri Tayger Vuds

isə bu dəfə 5-ciliklə kifayətlənib.


Ən dəyərli idmançılar:


1. Roje Federer (tennis - 40 milyon avro)
2. Lebron Ceyms (basketbol - 37,5 milyon)
3. Fil Mikelson (qolf - 31,5 milyon)
4. Useyn Bolt (yüngül atletika - 27,5 milyon)
5. Tayger Vuds (tennis - 25,5 milyon)
6. Kriştianu Ronaldo (futbol - 21,5 milyon)
7. Kevin Dyurent (basketbol - 17,5 milyon)
8. Lionel Messi (futbol - 16,5 milyon)
9. Rori Makilroy (qolf - 14,5 milyon)
10. Mahendra Sinq Doni (kriket - 12 milyon)
Dünyanın ən dəyərli klubu isə beysbol komandası "Nyu-York Yankiz"di. İlk "10-luq"da 4 futbol klubu var ki, onlar arasında ən qiymətlisi Madrid "Real"ıdı.
Ən dəyərli klublar:
1. "Nyu-York Yankiz" (beysbol - 605 milyon avro)
2. "Dallas Kovboyz" (amerikan futbolu - 530 milyon)
3. "Los-Anceles Leykers" (basketbol - 500 milyon)
4. "Real" (futbol - 475 milyon)
5. "Barselona" (futbol - 465 milyon)
6. "Mançester Yunayted" (futbol - 455 milyon)
7. "Nyu-York Niks" (basketbol - 410 milyon)
8. "Nyu-İnqlend Petriots" (amerikan futbolu - 395 milyon)
9. "Bavariya" (futbol - 390 milyon)
10. "Los-Anceles Dodjers" (beysbol - 375 milyon)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...