Dünyanın ən bahalı 10 yaxtası (SİYAHI)

Dünyanın ən bahalı 10 yaxtası (SİYAHI)

Yaxtalar dünyası ən dəbdəbəli və prestijli aləmlərdən biri hesab edilir.

SalamNews xəbər verir ki, bu gün yaxtaların böyük qismi elə elektronika miqdarı, qacetlər və rahatlıqla təchiz edilib ki, beşulduzlu otellər bunu heç yuxularında belə görməyiblər; həmin yaxtalarda istədiyiniz hər şey var: barlar, hovuzlar, hidromasaj vannaları, incə yataq örtükləri və daha bir çox başqa şeylər...

Sözsüz ki, bunların özünəməxsus dəyəri var. Amma baxaq, dünyanın ən bahalı yaxtaları siyahısının araşdırılmasından sonra nə deyəcəksiniz.

10. "The Rising Sun" yaxtası – 200 milyon dollar

Müqayisə edək: 200 milyon dollara siz idman komandası, kifayət qədər hündür göydələn, stadion ala bilərsiniz. Bu məbləğ bir neçə üçüncü dünya ölkəsinin birlikdə ümumi milli məhsulunun dəyərindən çoxdur. Siyahımızda ən ucuz yaxtalardan biri olan bu yaxta sizə məhz bu qiymətə başa gələcək.

Bu yaxtanın sahibi Devid Geffendir. O, bu yaxtanı "Oracle" şirkətinin baş direktoru Larri Ellisondan alıb. Yaxtada lazım olduqda vertolyot üçün eniş meydançasına çevriləbilən ayrıca basketbol meydançası, kinoteatr, şərab anbarı, beşmərtəbəli, 82 nömrəli tikili var. Hər halda, bu yaxtanın bütün əşyalarının dəbdəbəli olduğunu əlavə etməyə ehtiyac yoxdur.

Топ-10 самых дорогих яхт в мире

9. "Seven Seas" yaxtası – 200 milyon dollar

Hollandiyanın "Oceanco" komandası tərəfindən hazırlanan "Seven Seas" yaxtasının ikiyerli kabinələr şəklində qurulmuş yeddi heyranedici lüks nömrəsinə 12 qonağı yerləşdirmək mümkündür. Bundan başqa, burada yaxta sahibi Stiven Spilberq üçün ayrıca kayut var. Göyərtədə kinoteatr, vertolyot meydançası, idman zalı və hovuz var.

Bundan başqa, burada təklikdə qalıb sakitlikdən həzz almaq üçün ayrıca göyərtə var.

Топ-10 самых дорогих яхт в мире

8. "Lady Moura" – 210 milyon dollar

Bu yaxtanın adı və bəzəkləri xalis 24 karatlıq qızıldan hazırlanıb. Gəmi Səudiyyə Ərəbistanından olan milyoner Nəssar əl-Rəşidə məxsusdur. Bu yaxta 1990-cı ildə hazırlanarkən böyüklüyünə görə dünyada doqquzuncu yerdə idi, lakin 24 il ərzində 28-ci yerə düşüb. Yaxta hər biri 7000 at gücünə malik iki dizel mühərriki ilə hərəkətə gətirilir. Burada 30 qonaq və 60 heyət üzvü rahatlıqla yerləşə bilər.

Топ-10 самых дорогих яхт в мире

7. "Al Mirqab" – 250 milyon dollar

Əgər 24 ən yaxın dostunuzu təcili şəkildə Aralıq dənizinə aparmalı olsanız, o zaman bu yaxta sizin ixtiyarınızdadır. Əlbəttə, onun indiki sahibi - Qətərin baş naziri Həməd bin Casem bin əl-Tani bunun əleyhinə ola bilər, amma gəlin kədərli anlar barədə danışmayaq.

Yaxtada 10 nömrə, vertolyot meydançası, hovuz, kinoteatr və solyari kabinəsi var. Bundan başqa, burada yaxta sahibinə məxsus kifayət qədər ekstravaqant VIP nömrə var, onun haqqında isə bizə az şey məlumdur.

Топ-10 самых дорогих яхт в мире

6. "Dilbar" – 263 milyon dollar

Cənub qonşularından geri qalmaq istəməyən rusiyalı milyarderlər də bahalı və lazımsız oyuncaqların əldə edilməsində maraqlı olduqlarını nümayiş etdiriblər.

Bu yaxtanın sahibi Alişer Usmanovdur. Yaxta onun mərhum anasının şərəfinə adlandırılıb. 47 heyət üzvü olan bu yaxtada yalnız xəyal edilməsi mümkün olan bütün rahatlıqlar mövcuddur. Nömrələrdə 20-yə qədər qonaq yerləşə bilər. Yaxtada vertolyot meydançası da var. Yaxtanın uzunluğu 110, eni 15 metrdir. Bu isə onu avtomatik olaraq, dünyanın böyük yaxtaları sırasına daxil edir.

Топ-10 самых дорогих яхт в мире

5. "Al Said" – 300 milyon dollar

"Al Said" yaxtası sahibi sultan Kabus bin Səid əl-Səid Omanın şərəfinə adlandırılıb. Yaxtanın hazırlanması 300 milyon dollara başa gəlib. O, hazır olduğu zaman dünyada yaxtalar arasında böyüklüyünə görə ikinci yeri tutub. Yaxta 22 dəniz mili sürətinə qədər sürətini artıra bilər və 154 nəfərdən ibarət heyətdən əlavə, göyərtəsinə 70 nəfəri qəbul edə bilər. Bu yaxtanın interyerinin bir ədəd belə olsun, fotosu yoxdur. Bu səbəbdən biz orada hər şeyin yüksək səviyyədə olduğunu söyləyən sultanın sözlərinə inanmağa məcburuq.

Топ-10 самых дорогих яхт в мире

4. "Superyacht A" – 323 milyon dollar

Bu yaxtanın sahibi rusiyalı milyarder Andrey Melçenkodur. Yaxta qiymətinə görə olduqca yığcamdır. Göyərtədə 42 heyət üzvü və qonaqlar üçün əlavə 14 yer var. Onun interyeri hər kəsdə təsir buraxmağa qadirdir. Siz burada üç hovuz, iki gəzinti kateri, yüksək səviyyəli kayutlar və çoxsaylı əyləncələr görəcəksiniz.

Топ-10 самых дорогих яхт в мире

3. "Dubai" – 350 milyon dollar

Bundan əvvəl bu yaxta başqa adla tanınıb; onun ilk sahibi yaxtanı "Golden Star" adlandıran Bruney şahzadəsi olub, daha sonra yaxta onu "Platinum 525" adlandıran şeyx Məhəmməd bin Rəşid əl-Məktumun əlinə keçib. Hazırda gəmi onu məntiqlə "Dubai" adlandıran Dubay şeyxinə məxsusdur. Siz burada hovuz, spa-salon, şüşə pilləkənlər, helikopter meydançası və 115 qonaq üçün dəbdəbəli nömrələr görə bilərsiniz.

Hazırda bu yaxta böyüklüyünə görə dünyada ikinci hesab edilir.

Топ-10 самых дорогих яхт в мире

2. "Eclipse" – 450 milyon - 1.2 milyard dollar

Təəssüf ki, bu "div"in dəqiq qiyməti bizə məlum deyil, lakin müxtəif mənbələr onun haqqında 1.5 milyard dollara kimi qalxan kosmik qiymətlər söyləyirlər. Bizim yəqin bildiyimiz odur ki, rusiyalı milyarder Roman Abramoviçə məxsus olan bu yaxtanın qonaqlarına 70 heyət üzvü qulluq edir. Burada hücumların aşkar edilməsi üçün nəzərdə tutulan lokal təhlükəsizlik sistemi və çoxlu sayda müşahidə kameraları var.

Yaxta göyərtəsinə 24 qonaq qəbul etmək imkanına malikdir.

Bundan başqa, burada iki vertolyot meydançası və hətta şəxsi sualtı qayıq da tapmaq mümkündür.

Топ-10 самых дорогих яхт в мире

1. "Streets of Monaco" – 1 milyard dollar

Bu da bizim qəhrəmanımız!

İndi siz hansı yaxtanın 1 milyard dollar qiymətə malik olduğunu bilirsiniz. Bu fantastik yaxtanın konstruksiyası adət etdiyimiz ənənəvi modellərdən fərqlənir: burada açıq dənizdə görmədiyiniz bir çox şeylər var. Onlar arasında kartinq üçün şəxsi yol, şəxsi çimərlik, süni göl və hətta bina görmək mümkündür.

Bundan başqa, yaxtada kazino və Monako Qran-pri yolunun dəqiq oxşarı, tennis kortları, hovuzlar, kafelər var.
Топ-10 самых дорогих яхт в мире


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...