Dünyamızı, insanlığı qoruyaq.

Dünyamızı, insanlığı qoruyaq.

Hal-hazırda bütün dünyanı ölüm təhlükəsi ilə lərzəyə salan (Covid -19) koronavirusun ilk dalğası yaşanır ...

 

Bütün dünya bu dəhşətli ölüm təhlükəsiylə üzbəüzdür. Bu virus bizim ölkədən də yan keçmədi.Baxmayaraq ki, dövlət tərəfindən tədbirlər görüldü, ancaq bu virus çox canlara qıydı. Qoca, uşaq, qadın dünyasını dəyişdi. Bu təhlükə hər birimizi ölümlə təhdid edərək eyni zamanda, psixoloji sarsıntıya məruz qoydu.Bizi öz hücrəmizə çəkməyə vadar edən vuruşu ciddiyə almadıq, qadağalara əməl etmədik.Bu da tək özümüzə deyil, eləcə də yaxınlarımıza ölüm təhlükəsi yaratdıq.

Son günlər baş verənlər bunu deməyə əsas verir ki, bu dəhşətli ölüm virusundan qorunmaq üçün qoyulan qaydalara, aparılan tədbirlərə real yanaşmadıq.

Bu da dövlət qurumlarını qabaqlayıcı tədbirlərə əl atmaq məcburiyyətinə gətirib çıxardı.

Burda Nazirlər Kabineti yanında Operativ Qərargahın həftə sonu iki günlük karantin rejiminin tətbiq olunmasıyla bağlı qərarı bir daha onun hər birimizin həyatı üçün narahat olmasının real sübutudur..Qəbul olunmuş bu qərar hər birimizin həyatını bu dəhşətli ölümdən qorumaq məqsədi daşıyır. Belə ki, ölkədə vəziyyət gözlədiyimizdən də ciddi, həyatımız üçün təhlükəlidir. Bunu hər birimiz anlamalı və dərk etməliyik.

Ölkə rəhbərinin son günlərdə apardığı tədbirlərə bu qaydalara neçə ciddi əməl etməsi hər birimiz üçün bariz nümunədir.Bütün dünyanı lərzəyə salan bu virus pandemeyasına ciddi yanaşmalı, kütlə psixologiyasından əl çəkməli, insanlar arasında inamsızlıq yaratmamalıyıq. Boş boşuna yayılan yalan cəfəngiyyatlara inanıb yaxınlarımızı sevdiklərimizi bu qaçılmaz ölümlə üzbəüz qoymamalıyıq. Dövlət qurumları tərəfindən qoyulan qaydalara əməl edərək ətrafımızı, ailəmizi, dünyamızı ən başlıcası insanlığı qorumalıyıq.

Bəzən biz unuduruq ki vətən bizim evimizdir anamızdır, yaşam səbəbimizdir. Yaddaşımızdan heç zaman silinməyən uşaqlığımız, valideynlərimizlə bağlı xatirələrimizdir. Bu gündə Azərbaycanımızı qorumaq, insanlığımızı qorumaq üçün güclərimizi, əqidələrimizi birləşdirərək birlikdə addımlamalıyıq. Hər birimiz dərk etməliyik ki, bu dəhşətli bəladan qurtarmağın yolu yalnız ən təhlükəsiz məkan olan öz evimizdir.Ən etibarlı olanlar ailə üzvlərimizdir. Daha çox qorumalı olduğumuz dogmalarımız, yaxınlarımızdır.

Mən inanıram ki, hər zaman olduğu kimi, bu çətin qaçılmaz sınaqdan da vətəndaş həmrəyliyi və fikir birliyi ilə dövlətimizə və 16 illik uğurlu yolu olan ölkə başçımıza dayaqlanaraq çıxacağıq. Hər birimiz bu təhlükəli bəladan insani dəyərlərimizi, vətənə sevgimizi, ailəmizə məhəbbətimizi və insanlığa mərhəmətimizi qoruyaraq qalib gələcəyik.

Uca Allahım həmişə bizim dünyamızı qorusun.

Hacıyeva Gülnarə Həsənqulu qızı.
Nəsimi rayonu

 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...