Çindən kənarda koronavirusa yoluxanların yeni sayı açıqlandı

Dünya
23:15 / 17.02.2020
2664
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adxanom Qebreyesus Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayını açıqlayıb.
Sfera.az xəbər verir ki, 17 fevrala olan məlumata görə, virusa yoluxanların sayı 25 ölkədə 694 nəfərdir. Üç nəfər isə xəsətlikdən dünyasını dəyişib.
Çində isə 70 min 635 nəfər bu virusun daşıyıcısıdır. 1722 nəfər isə dünyasını dəyişib.(BakuPost)