Çində evlənmək və ölənləri dəfn etmək qadağan edildi
Kateqoriya məlum deyil
Çinin paytaxtı Pekində evlənmək və ölənləri dəfn etmək müvəqqəti olaraq qadağan edilib.
Sfera.az xarici mediaya istinadən bildirir ki, bu qadağa koronavirusla mübarizə çərçivəsində qəbul edilib.
Bildirilir ki, 2020-ci ilin 2 fevral tarixi Çin dilində "mən səni sevirəm, səni sevirəm” ifadəsi ilə eyni səslənir. Bu səbəblə həmin tarixdə evlilik mərasimlərinin sayının pik həddə çatacağı gözlənilirdi.
Çinin Hubey vilayətinin Uhan şəhərində yayılmağa başlayan yeni koronavirus nəticəsində artıq 170 nəfər ölüb, yoluxanları sayı isə 7710-u ötüb. (yeni sabah)






