Rusiya qorxulu raketləri buraxdı, Putin belə izlədi - Fotolar
Kateqoriya məlum deyil
Rusiya Qara dənizdə "Kinjal” hipersəsli aeroballistik raketinin sınağını keçirib.
Sfera.az xarici mediaya istinadən bildirir ki, raket Şimal və Qara Dəniz Donanmalarının birgə təlimi zamanı buraxılıb. Döyüş atışını MiQ-31K qırıcıları həyata keçirib.
Ümumilikdə 30-dan çox gəmi, Qara dəniz Donanmasının sualtı qayığı və Rusiya HKQ-nin 40-dan çox təyyarəsi təlimlərə cəlb olunub.
Təlimləri Rusiya Prezidenti Vladimir Putin də izləyib. (yeni sabah)









