Logo

BMT-nin bazasına raket zərbəsi: 20 yaralı

BMT-nin bazasına raket zərbəsi: 20 yaralı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yanvarın 7-də Malinin şimalında yerləşən Kidal bölgəsində BMT-nin sülhməramlı bazasına raket zərbəsi nəticəsində 20 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Sfera.az xəbər verir ki, Tessalit şəhərində yerləşən bazaya hücum nəticəsində altı sülhməramlı ağır yaralanıb.

Hücumların kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.

Qeyd etmək lazımdır ki, Malinin Kidal bölgəsi 2012-ci ildən üsyançı tuareq qəbilələrinin əlindədir.

Bu illər ərzində hökumət və üsyançılar arasında mütəmadi olaraq toqquşmalar baş verir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR