Qasırğa İstanbulda 128 evə ziyan vurdu, 5 nəfər yaralandı
Kateqoriya məlum deyil
İstanbulda iki gün davam edən qasırğa ciddi fəsadlar törədib.
Sfera.az trend-ə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.
128 evə ziyan dəyib. Şəhərin bəzi rayonlarında dərslər dayandırılıb.
Qeyd olunur ki, İstanbulda kəskin hava şəraiti yanvarın 10-dək davam edəcək.






