BVF: Dünya iqtisadiyyatı çox zəifləyib və həddən artıq müdafiəsizdir
Kateqoriya məlum deyil
Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının zəifləməyə davam etdiyini və kəskin sarsıntılar qarşısında həddən artıq müdafiəsiz qaldığına dair xəbərdarlıq edib.
Sfera.az BBC-yə istinadən xəbər verir ki, BVF ekspertləri iqtisadiyyatın çökməsini artan maliyyə qeyri-sabitliyi və aktivlərin qiymətinin ucuzlaşması fonunda baş verdiyini bildiriblər.
Fondun hesabatına görə, dünyanın iri iqtisadiyyatlarının inkişafının sürəti azalır, bəzi ölkələrdə tələbatın azalması iqtisadi inkişafın bərpası prosesini çətinləşdirir.
BVF-nin hesabatı bu həftə Şanxayda keçiriləcək "Böyük iyirmilik” üzv-ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərlərinin görüşləri ərəfəsində dərc edilib.
BVF, həmçinin bütün iqtisadi inkişaf proqnozlarının bazardakı qeyri-sabitlik, neftin qiymətinin ucuzlaşması və geosiyasi münaqişələr ilə pozula biləcəyinə dair xəbərdarlıq edib.
Daha öncə BVF iqtisadiyyatın qlobal inkişafına dair proqnozunu azaldıb. Yeni porqnoza görə, bu ilin nəticələrinə görə, artım 3,4%, 2017-ci ildə isə 3,6% səviyyəsində olacaq.