Logo

Bu ölkənin təhsil naziri istefa verdi

Bu ölkənin təhsil naziri istefa verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliyanın təhsil naziri Lorenzo Fioramonti tutduğu vəzifədən istefa verib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, nazir buna səbəb olaraq, 2020-ci il büdcəsində təhsilə ayrılan vəsaitin az olmasını göstərib.

Lorenzo Fioramonti bildirib ki, məktəb və universitetlərin yenidən qurulması və ya vəziyyətinin yaxşılaşdırılmasına milyonlarla avro vəsait lazımdır, amma hökumət bu məbləği ayırmaq fikrində deyil. Nazirin istefa ərizəsi artıq Baş Nazir Cüzeppe Konteyə təqdim olunub.

Xatırladaq ki, nazir növbəti ilin büdcəsində təhsil islahatları üçün 3 milyard avro vəsait ayrılmayacağı təqdirdə vəzifəsindən gedəcəyini hələ sentyabrda açıqlamışdı.

Hazırda parlamentdə son müzakirəsi aparılan büdcə layihəsi dekabrın 30-da təsdiqlənəcək. (yeni sabah)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR