Ankara terroruna görə 15 nəfər tutulub
20:12 / 24.02.2016
2314
Fevralın 17-də Türkiyənin paytaxtı Ankarada baş verən partlayışla bağlı artıq 15 nəfər tutulub.
Qafqazinfo-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində, ümumiyyətlə, 25 nəfər saxlanılıb. Bu gün onlardan 9-u sərbəst buraxılıb. 15 nəfər isə həbs olunub.
Xatırladaq ki, hadisə Ankarada İnönü bulvarına yaxın Dikmən prospekti ilə Mərasim küçəsinin kəsişməsində hərbi maşınlar keçərkən baş verib. Partlayış nəticəsində 28 nəfər ölüb, 61 nəfər xəsarət alıb.