Logo

Con Lennonun eynəyi 183 min dollara satıldı - Fotolar

Con Lennonun eynəyi 183 min dollara satıldı - Fotolar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əfsanəvi "The Beatles" qrupunun üzvü Con Lennonun eynəyi hərracda 137,5 min funt sterlinqə (təxminən, 183 min dollar) satılıb.

Sfera.az bildirir ki, eynək "Sotheby's" Hərrac Evində satışa çıxarılıb.

Eynəyi hərraca "Beatles" qrupunun təbilçisi Rinqo Starın keçmiş sürücüsü Alan Herrinq çıxarıb. Herrinq bildirib ki, eynək 1968-ci ilin yayından bəri ondadır.

Hərrac evi eynəyin kimə satıldığını açıqlamayıb.

Qeyd edək ki, eynək Con Lennona 1966-cı ildə Riçatd Lesterin "Mən müharibədə necə qalib gəldim" filmindəki roluna hazırlıq üçün verilib. Tezliklə bu aksessuar musiqiçinin obrazıyla bütünləşib. (yeni sabah)

Con Lennonun eynəyi 183 min dollara satıldı - FotolarCon Lennonun eynəyi 183 min dollara satıldı - FotolarCon Lennonun eynəyi 183 min dollara satıldı - Fotolar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR