Türkiyədə 100-dən çox məktəbli zəhərləndi
Kateqoriya məlum deyil
Türkiyənin Çorum vilayətində məktəblilərin kütləvi zəhərlənməsi baş verib.
Sfera.az trend-ə istinadən xəbər verir ki, 103 məktəbli xəstəxanaya yerləşdirilib.
Onlardan 6 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Məktəblilərin nədən zəhərləndiyi barədə məlumat verilməyib.






