NATO-nun ən güclü orduları açıqlanıb

NATO-nun ən güclü orduları açıqlanıb
 

NATO-nun ən güclü ordularının siyahısı açıqlanıb.

 

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, siyahı müdafiə büdcələri, texnoloji inkişaf səviyyəsi, personal sayı kimi meyarlar nəzərə alınaraq hazırlanıb.

 

NATO-nun ən güclü orduları siyahısına ABŞ başçılıq edib. 716 milyard dollar hərbi büdcəyə, 1 milyon 281 min 900 nəfərlik aktiv hərbi personala sahib ABŞ ordusu alyansdakı bütün müttəfiqlərini qabaqlayıb.

 

Siyahının ikinci pilləsində 40,5 milyard dollarlıq büdcə ilə Fransa qərarlaşıb. İlk üçlüyü Böyük Britaniya tamamlayıb.

 

Siyahının dördüncü pilləsində Türkiyə ordusu qərarlaşıb. Türkiyənin 8,6 milyard dollar hərbi büdcəsi, 355 minlik aktiv hərbi personalı olduğu qeyd edilib. 5-7-ci yerləri müvafiq olaraq Almaniya, İtaliya və İspaniya orduları tutub.

 

Siyahıda digər ölkələr bu cür qərarlaşıb:

 

8. Kanada

 

9. Polşa

 

10. Yunanıstan

 

11. Çexiya

 

12. Hollandiya

 

13. Norveç

 

14. Rumıniya

 

15. Bolqarıstan


OXŞAR XƏBƏRLƏR