"Taliban" silahlıları ilə toqquşmalarda 10 polis ölüb

 

Əfqanıstanda şimalındakı Kunduz əyalətində radikal "Taliban" silahlıları ilə toqquşmalarda azı 10 polis əməkdaşı ölüb.

Sfera.az bildirir ki,  öldürülən asayiş keşikçiləri arasında polis rəisi Məhəmməd Zahir də var. Telekanal bildirib ki, döyüşlər zamanı 3 silahlı da öldürülüb.

"Toqquşmalar dünən gecə Sahib bölgəsində bir qrup yaraqlının iki polis nəzarət-keçid məntəqəsinə hücum etməsindən sonra baş verib", - Vilayət Şurasının üzvü Xaluddin Hakimi bildirib. O deyib ki, ölənlərin sayı 10-dan çox ola bilər.


OXŞAR XƏBƏRLƏR