ABŞ Suriyanın şimal-şərqindəki qoşunlarını çıxardı

ABŞ Suriyanın şimal-şərqindəki qoşunlarını çıxardı

ABŞ Suriyanın şimal-şərqindən qoşunlarının çıxarılması və yenidən yerləşdirilməsi prosesini başa çatdırıb.

"Reuters” xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper danışıb.

Nazirin sözlərinə görə, Suriyada 600 ABŞ hərbi qulluqçusu qalacaq.

 

"Hərbçilərin sayı bu rəqəm ətrafında olacaq. Əgər nələrinsə baş verdiyini görsək, mən iştirakımızı bir qədər gücləndirə bilərəm”, - Esper bildirib.

Pentaqon rəhbəri gələcəkdə ABŞ-ın müttəfiqlərinin regiona öz hərbi qulluqçularını göndərəcəyi halda Suriyada amerikalı hərbçilərin sayının azaldılmasını da istisna etməyib.

"Əgər NATO müttəfiqi ölkə bizə 50 nəfər versə, ola bilsin ki, mən öz 50 nəfərimi geri çağırdım”, - Esper qeyd edib. (oxu.az)


OXŞAR XƏBƏRLƏR