Almaniya iki rus diplomatı arzuolunmaz şəxs elan etdi
Dünya
22:14 / 04.12.2019
14731
Almaniyanın Xarici İşlər Nazirliyi Berlində Gürcüstan vətəndaşının öldürülməsi işi ilə əlaqədar Rusiya səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edib.
"RİA Novosti” xəbər verir ki, bu barədə Almaniya XİN bəyanat yayıb.
Alman hökuməti Rusiyanı çoxsaylı qətiyyətli və yüksək səviyyədə çağırışlara baxmayaraq, 2019-cu ilin 23 avqustunda törədilmiş cinayətin araşdırılmasında kifayət qədər iştirak etməməkdə ittiham edib.
Bəyanatda, həmçinin, cinayətin Rusiyanın dövlət orqanları və ya tərkibindəki Çeçenistan Respublikasının müvafiq orqanları tərəfindən sifariş olunmasına dair kifayət qədər faktların olduğu qeyd edilib.
"Spiegel” nəşri qeyd edib ki, Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev XİN-ə çağırılıb və ona nota təqdim olunub. Rusiya tərəfi Almaniyanın Baş Prokurorluğu ilə cinayət işi ilə bağlı əməkdaşlığa dəvət olunub. (oxu.az)