Logo

“Formula-1”in sahibi Putinə heyrandır

“Formula-1”in sahibi Putinə heyrandır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Formula-1”in sahibi Berni Ekklstoun Rusiya prezidenti Vladimir Putinə və onun öz işlərini aparmasına heyranlıq duyduğunu bildirib.
Oxu.Az xəbər verir ki, Ekklstoun ilə şəxsən saziş bağlayan Putinin iştirakı və dəstəyi ilə 2010-cu ildə "Formula-1” yarışlarının Rusiyada keçirilməsinə dair razılıq əldə edilmişdir.
"Putinə heyranlıq duyurammı? - Sözsüz. O, bütün Avropaya başçılıq etməyə qadirdir. Və o, hazırda Suriyada baş verənləri həll etməyi bacarar.
O, etməli olduğu və düzgün hesab etdiyini edir, öz mövqeyini qoruyur – bu yaxşıdır. Onu fikrindən daşındırmaq çox çətindir”, - Berni Ekklstoun "Daily Mail”ə verdiyi müsahibəsində bildirib.  
"Mən lazım olanda onunla danışıram. Mən, köməkçilərin köməkçiləri ilə deyil, qərarları özü verən adamlarla iş aparmağa üstünlük verirəm.
Yalnız bu yolla nəyəsə nail olmaq mümkündür. Mən əvvəllərdə demokratiyanın böyük pərəstişkarı olmadığımı demişdim – bu şəraitdə çox şey etmək mümkün olmur. Amma Devid Kemeron xoşuma gəlir.
Ona qarşı simpatiya duyacağımı düşünməzdim, amma o, Aİ ilə danışıqlarda Böyük Britaniya üçün doğruluğuna inandığını etməyə başlayıb”, - "kral yarışlarının” rəhbəri bildirib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR