Logo

Rusiyada Ermənistanın keçmiş deputatı saxlanılıb

Rusiyada Ermənistanın keçmiş deputatı saxlanılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada Ermənistan parlamentinin sabiq deputatı Levon Sarkisyan saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

Bildirilib ki, sabiq deputat Rusiya və Ermənistan hüquq-mühafizə orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində Moskva ətrafında tutulub.

L. Sarkisyanın adı 11 il əvvəl Ermənistan Gömrük Xidmətinin sabiq rəhbəri Armen Avetisyanın malikanəsinə təşkil edilən hücumda hallanır.

L. Sarkisyana qarşı cinayət məcəlləsinin iki - quldurluq və cinayətkar qrup yaratmaq və ya cinayətkar qrupda iştirak etmək maddələri ilə ittiham irəli sürülüb və barəsində həbsli axtarış qərarı çıxarılıb.

Hazırda sabiq deputatın Rusiyadan Ermənistana ekstradisiyası müzakirə olunur.

Qeyd edək ki, iki çağırış Ermənistan parlamentinin deputatı olan L. Sarkisyan sabiq prezident Serk Sarkisyana yaxınlığı ilə seçilib. (APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR