Logo

Fələstin ABŞ-ın dövlət katibini məhkəməyə vermək niyyətindədir

Fələstin ABŞ-ın dövlət katibini məhkəməyə vermək niyyətindədir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fələstin rəhbərliyi ABŞ-ın dövlət katibi Mayk Pompeo barəsində Beynəlxalq Cinayət Məhkəməsinə iddia vermək niyyətindədir.

APA-nın "RİA Novosti"ə istinadla verdiyi xəbərə görə, Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki bildirib ki, buna səbəb Pompeonun yəhudilərin məskunlaşdığı İordan çayının Qərb sahili ilə bağlı açıqlaması olub.

"Fələstin rəhbərliyi yaxın günlərdə Beynəlxalq Cinayət Məhkəməsinə şəxsən ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə bağlı iddia verəcək”, - əl-Maliki söyləyib.

O əlavə edib ki, ABŞ-ın açıqlamasının heç bir hüquqi gücü yoxdur, ancaq regionda təhlükəsizliyin pozulması üçün ciddi səbəbə çevrilə bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR