Logo

Türkiyədə hakim hakimi döyüb

Türkiyədə hakim hakimi döyüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli sabiq FİFA referisi Dəniz Atəş Bitnel daha bir qalmaqala diqqət mərkəzinə düşüb.

Sfera.az xəbər verir ki, 37 yaşlı hakim həvəskarlar arasında keçirilən "Maltəpə 1923" - "Golden Master" qarşılamasının antiqəhrəmanı olub.

Bu matçda futbolçu kimi çıxış edən D. Bintel görüşün 51-ci dəqiqəsində hakim Mehmet Ağaçlınin qərarına sərt reaksiya verib və onu yumruqla yerə sərib.
Döyülən M. Ağaçlı D. Atəş barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. O, sabiq həmkarı tərəfindən 15 dəqiqə təhqir edildiyini də vurğulayıb.
 
Qeyd edək ki, 2016-cı ildə keçirilən "Trabzonspor" - "Qalatasaray" maçında göstərdiyi qırmızı vərəqələrə görə FİFA statusunu itirən və Salih Dursunun ona göstərdiyi qırmızı vərəqə ilə məşhurlaşan D. Bintel həvəskar səviyyədə peşəsini davam etdirir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR