Logo

Türkiyə futbolunda sükut elan edildi

Türkiyə futbolunda sükut elan edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Futbol Federasiyası (TFF) Ankara və Diyarbəkirdə baş vermiş partlayış nəticəsində həyatını itirən insanların 3 gün keçiriləcək matçlardan öncə 1 dəqiqə sükutla yad olunması ilə bağlı qərar verib.

Sfera.az xəbər verir ki, qafqazinfo-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, açıqlamada qeyd olunub:

"Ankara və Diyarbəkirdə Türkiyə Silahlı Qüvvələrinin heyətini daşıyan maşınlara edilən terror hücumları nəticəsində xeyli əsgər və mülki vətəndaşımızın vəfat etməsi il əlaqədar 19.02.2016- 22.02. 2016 tarixlərində baş tutacaq bütün peşəkar oyunlardan öncə 1 dəqiqəlik anım sükutu olacaq".

Qeyd edək ki, Ankarada baş vermiş partlayış nəticəsində 28 nəfər ölüb, Diyarbəkirdə isə 6 nəfər şəhid olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR