İranda avtobus qəzası nəticəsində 22 nəfər xəsarət alıb
Kateqoriya məlum deyil
İranda avtobus qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, hadisə ötən gecə Semnan - Damğan magistral yolunda baş verib.
Qəza nəticəsində avtobusun 47 sərnişinindən 22-si xəsarət alıb. Onlar xəstəxanaya yerləşdilib. Sərnişinlərdən bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.






