Paytaxtda nümayişçilərlə polis arasında toqquşma - ölənlər var
Bağdadın mərkəzində minlərlə nümayişçini dağıtmaq üçün polis odlu silah tətbiq edib və etirazçılara qarşı bibər qazından istifadə olunub.
Sfera.az xəbər verir ki, hələ ötən gecə paytaxt küçələrində yerləşdirilən polis və təhlükəsizlik qüvvələrinin bölmələri tərəfindən xüsusi mühafizə olunan, hökumət binaları və ABŞ səfirliyinin yerləşdiyi "Yaşıl bölgə”yə keçməyə çalışan nümayişçilərə atəş açılması nəticəsində yerli İnsan Hüquqları Komissiyasına görə azı 2 nəfərin ölüb, 100-dək yaralanıb.
Ölkənin din xadimi ayətullah-üzma Əli Sistani Kərbəladakı cümə namazı zamanı etirazçıları, təhlükəsizlik qüvvələrini nümayişlərin dinc keçirilməsini təmin etməyə çağıraraq yalnız belə olarsa, gerçək islahatların mümkün olacağını diqqətə çatdırıb.
Xatırladaq ki, bu ayın əvvəlindən İraqın müxtəlif şəhərlərində sosial xidmətlərin yarıtmaz fəaliyyətinə, yoxsulluğa, işsizliyə və korrupsiyaya qarşı keçirilən kütləvi nümayişlər zamanı təhlükəsizlik qüvvələri tərəfindən əliyalın insanlara qarşı atəş açılıb. Bu cür ifrat sərt tədbirlərə əl atması hökumətə qarşı yönəlib. Bütövlükdə etirazlar başlayandan 149 nümayişçi və 8 nəfər təhlükəsizlik əməkdaşının öldüyü, 3 mindən çox yaralanıb.