Kürd qüvvələri Suriyanın şimalından geri çəkilib

Kürd qüvvələri Suriyanın şimalından geri çəkilib
 

Suriya Demokratik Qüvvələri (SDK) Türkiyə sərhəddi yaxınlığındakı Ras'ul Ayn şəhərində olan hərbi qrupun geri çəkildiyini açıqlayıb. SDQ sözçüsü Kino Gabriel, "Artıq şəhərdə döyüşçümüz yoxdur" deyib.

Bazar günü Kürd Demokratik Birlik partiyasının (PYD) silahlı qanadı olan Xalq Mühafizə Qruplarının (YPG) bəzi döyüşçülərini və yaralıları daşıyan böyük bir maşın karvanı Ras'ul Ayn-dan gedib. Bəzi mülki şəxslərin də şəhəri tərk etdiyi müşahidə olunub.

Suriya Milli Ordusunun sözçüsü Yusuf Hamud isə SDQ-nin Ras'ul Ayn şəhərindən "tamamən getdiklərini" söyləyib.

SDQ-nin əsas hissəsini YPG təşkil edir. Türkiyə YPG-ni "terror təşkilatı" saydığı PKK-nın Suriyadakı qolu hesab edir.

Türkiyənin Milli Müdafiə Nazirliyindən bazar günü verilən açıqlamada isə "Barış Pınarı Hərəkatı"-da atəşkəs elan edildikdən bəri "55 maşından ibarət karvanın Ras'ul Ayn-a daxil olduğu və 86 maşından ibarət karvanın isə Tel Tamir istiqamətində şəhərdən çıxdığı" bildirilib.

Türkiyə oktyabrın 9-da Suriyanın şimalında və Fırat çayının şərqində başladığı "Barış Pınarı Hərəkatı" ilə Tel Abyad və Ras'ul Ayn şəhərləri olan bölgəyə yönəlib.

Hərəkatın 8-ci günü Türkiyə prezidenti Recep Tayyip Erdoğanın başçılıq etdiyi heyətlə ABŞ-ın vitse-prezidenti Mike Pence-nin başçılıq etdiyi heyət arasında görüşdə razılaşma əldə olunub.

Razılaşmaya görə, Türkiyə 120 saat müddətində hərbi əməliyyatları dayandıracaq və bu müddət ərzində YPG təqribən 32 km-lik ərazidə yaradılacaq təhlükəsiz bölgənin gerisinə çəkiləcək. Bu müddət çərşənbə axşamı gün başa çatır.

Türkiyənin əsas məqsədi kürdlərin Xalq Qoruma Birliyini (YPG) öz sərhədlərindən uzaqlaşdırmaqdır. Ankara onları "terrorçu" hesab edir.

Türkiyə hakimiyyəti Suriyanın şimal-şərqində sərhəd boyu kürd silahlılarının olmayacağı 32 kilometrlik "təhlükəsiz zona" yaratmaq istəyir.

Ankara "təhlükəsiz zonada" hazırda Türkiyədə yaşayan 2 milyon suriyalı qaçqını yerləşdirmək istəyir. Suriyada 2011-ci ildə başlamış vətəndaş müharibəsinə görə ölkəni tərk etmiş suriyalıların 3,6 milyon nəfəri Türkiyədədir.(virtualaz.org)



OXŞAR XƏBƏRLƏR

Bank erotik modelə ipoteka verməkdən imtina edib - SƏBƏB

Keçmiş bank işçisi və indi böyüklər üçün "OnlyFans" resursunun ulduzu olan 34 yaşlı Laila Kelly (Leyla Kelli) hesabında altı rəqəmli depozit olmasına ...

Mənzillərə gizli girən adamın bunu niyə etdiyini belə açıqlayıb

Tokio polisi yerli medianın çılğın “cinlərin dublyoru” adlandırdığı 34 yaşlı Ryota Miyaharanı həbs edib. O, naməlum qadınların evlərinin açarlarının...

Okeanda gizli ada: Çox az adamın bildiyi bu heyrətamiz yer turistləri özünə cəlb edir

Portuqaliyanın muxtar bölgəsi olan Azor adaları turist kütləsindən uzaqda mənzərələrdən həzz almaq istəyən səyahətçilər üçün unikal bir məkandır. Atlantik Okean...

Ağ Evdə kabus: Mişel Obama boşanma şayiələri arasında evlilik problemləri haqqında danışıb

ABŞ-ın 44-cü prezidentiABŞ-ın 44-cü prezidentinin həyat yoldaşı Mişel Obama öz podkastında Ağ Evdə çətin günlər keçirdiyini və evliliklərində fikir ayrılıqların...

Quba səmasında naməlum obyekt -VİDEO

Quba bölgəsində çəkilmiş videoda səmada parlaq işıq saçan və hərəkət edən qeyri-adi bir obyekt müşahidə edilib.   Sfera.az xəbər verir ki, sosia...

Mağazadan alınan toyuğun içərisindən buz çıxdı – VİDEO

Vətəndaş mağazadan aldığı broyler toyuğunun içərisinin buzla doldurulduğunu bildirir.   O, bu barədə videonu "Xəzər Xəbər"in vatsap nömrəsi...