Ərdoğan Trampın məktubunu zibil qutusuna atdı - Foto
Sfera.az yeni sabah-a xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Nəşrin Türkiyə liderinin administrasiyasındakı mənbələri bildirib ki, Ərdoğan məktubu oxuduqdan sonra, orada yazılanları qəti şəkildə rədd edib və onu zibil qutusuna atıb.
Xatırladaq ki, D.Trampın Türkiyənin Suriyada əməliyyatlara başladığı gün həmkarına məktub göndərdiyi məlum olmuşdu. Məktubda Tramp Ərdoğana PKK terror təşkilatının Suriya qolu olan PYD / YPG silahlı qüvvələrinin başındakı terrorçu - Ferhat Abdi Şahin iləd anışıqlar masasına oturmağı təklif edib.
Məktubun birinci abzasında deyilir:
"Hörmətli cənab Prezident, gəlin, yaxşı bir razılaşmanı müzakirə edək! Siz minlərlə insanın qətliamında və qətlində günahlandırılmaq istəmirsiniz, mən isə Türkiyə iqtisadiyyatının çökdürülməsinə görə məsuliyyət daşımaq istəmirəm – amma bunu bacararam”.