81 yaşlı Çelentano yenidən səhnəyə qayıdır

14:50 / 17.10.2019
1933
81 yaşlı əfsənavı italyan aktyoru və müğənnisi Adriano Çelentano "Adrioano" şou proqramı ilə yenidən səhnəyə qayıdır.
Sfera.az ölkə.az-a istinadən bildirir ki, bu, əfsənavi aktyorun özünün şəxsi şousunu yaratmaq istiqamətində ikinci cəhdi olacaq. Çelentano bir müddət əvvəl "Adrian" şousunu bir dəfə ekranda yayılmasına nail olsa da, ancaq gözlənilmədən aşağı reytinqinə görə, 4-cü buraxılışdan sonra dayanıb.
"Adriano" şousu noyabrın 7-də Canale5-də efirdə yayımlanacağı gözlənilir.
Qeyd edək ki, Adriano Çelantano öz karyerası müddətində 150 milyon plastinka buraxıb və 40-dan artıq filmdə çəkilib.