ABŞ Suriyadakı silah-sursat anbarını məhv etdi

Dünya
11:47 / 17.10.2019
1606
ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada geriçəkilmə zamanı silah-sursat anbarını məhv edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə koalisiya sözçüsü polkovnik Miles Keqqins "Twitter” səhifəsində məlumat yayıb.
"Oktyabrın 16-da bütün personal və taktiki avadanlıqlar yola salındıqdan sonra koalisiyanın iki F-15 təyyarəsi "Lafarge” sement zavodunda döyüş-sursat anbarını məhv etmək və obyektin hərbi istifadəyə yararlılığını azaltmaq üçün əvvəlcədən planlaşdırılan uğurlu hava zərbəsi həyata keçirib”, - məlumatda vurğulanıb.
Bundan əvvəl Keqqins koalisiya qüvvələrinin çərşənbə günü Suriyanın şimal-şərqindəki Raqqa və Tabka şəhərlərini tərk etdiyini bildirib.