“Rusiya özünü bataqlığa soxacaq”

“Rusiya özünü bataqlığa soxacaq”
ABŞ prezidenti Barak Obama Cənub-şərqi Asiya ölkələri birliyi (ASEAN) liderlərini bir araya gətirən zirvə görüşünün ardından mətbuat konfransı keçirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriyada dinc insanların kütləvi qətlinə və Rusiyanın bölgədəki hərəkətlərinə dair sualı cavablandıran Obama rəsmi Moskvanın Bəşər Əsəd rejimini əvvəldən bəri dəstəklədiyini xatırladıb. 

"Rusiya özünü bir bataqlığa soxacaq, demişdim və əminəm ki, bu mütləq olacaq. Suriyada savaşın bitəcəyini düşünənlər varsa, onlara xatırladım ki, ölkənin dörddə üçü hələ də Əsəd əlehydarlarının əlindədir. Bu münaqişə yaxın zamanlarda da bitməyəcək".





OXŞAR XƏBƏRLƏR