Kişi qonşusunu öldürüb, cəsədini altı il mənzilin divarında gizlətdi

Kişi qonşusunu öldürüb, cəsədini altı il mənzilin divarında gizlətdi

ABŞ-ın Kaliforniya ştatının sakini qonşusunu öldürərək cəsədini altı il mənzilinin divarına gizlədib.

ABŞ-ın Los-Anceles şəhər sakini Reyven Kempbellin 2009-cu ilin iyunundan bəri itkin düşdüyü bildirilirdi. 2015-ci ilin iyul ayında qadının ailəsinə anonim zəng gəlir. Zəng edən şəxs qadının yaşadığı mənzilin divarına basdırıla biləcəyini söyləyib.

 

Mərhumun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib. Axtarış itlərindən istifadə edən polis Kempbellin cəsədini tapıb. Məlum olub ki, qonşular artıq illərdir xoşagəlməz qoxudan şikayət edirmişlər.

Cinayətdə günahkar bilinən 47 yaşlı Randolf E. Qarbutt olub. O, öldürülən qadının keçmiş otaq yoldaşı olub. Prokurorlar Qarbuttun qətl silahı olaraq çəkicdən istifadə etdiyini bildiriblər. Ona 11 il həbs cəzası verilib. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...