Logo

Məşhur aktrisanın vəziyyəti AĞIR OLARAQ QALIR

Məşhur aktrisanın vəziyyəti AĞIR OLARAQ QALIR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Sevimli dayəm" serialının ulduzu Anastasiya Zavorotnyukun vəziyyəti ağır olaraq qalır.

Sfera.az ölkə.az-a istinadən xəbər verir ki, aktrisa son 1 ayda müalicə aldığı "Avropa Tibb Mərkəzi"dən  ailəsi tərəfindən çıxarılaraq, başqa xəstəxanaya yerləşdirilib.
Bu vəziyyət onun sağalmasına dəlalət etmir, sadəcə aktrisa müalicəsinin bir mərhələsini bitirərək, digərinə keçib.

Həkimlər hələ də onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Bundan əvvəl mediada aktrisanın ölümü ilə bağlı məlumatlar yayılmışdı. Onun konsert direktoru Marina Potapova isə bu şayiələri təkzib edib.
Qeyd edək ki, 48 yaşlı aktrisaya ağır mərhələdə olan beyin xərçəngi diaqnozu qoyulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR