Logo

Türkiyədə PKK-ya qarşı böyük əməliyyat

Türkiyədə PKK-ya qarşı böyük əməliyyat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə ölkə daxilində PKK terror təşkilatına qarşı "Kıran-2" hərbi əməliyyatına başlayıb.

"Sabah" xəbər verir ki, əməliyyat Şırnak, Mardin və Batman vilayətlərini əhatə edəcək.

Hərbi əməliyyatın məqsədi sözügedən vilayətlərin kənd yerlərində fəaliyyət göstərən PKK terrorçularını aşkarlamaq, zərərsizləşdirmək, onların sığınacaqların; və anbarları təsbit edərək məhv etmək, yararsız hala salmaqdır.

Bildirilir ki, "Kıran-2"yə avqustun 27-də start verilib. Əməliyyata xüsusi polis təyinatlıları və təhlükəsizliyi təmin edən keşikçilər cəlb olunublar. Ümumilikdə "Kıran-2"də 17 batalyon, 117 əməliyyat qrupu, 1750 şəxsi heyət iştirak edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR