Logo

İran hökuməti qadınlara bunu icazə verdi - VİDEO

İran hökuməti qadınlara bunu icazə verdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İranda qadınların futbol matçlarını meydançada izləməsinə icazə verilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İran İdman Nazirliyi  futbol üzrə dünya çempionatına hazırlıq oyunlarını iranlı qadınların izləyə biləcəyini bildirib.
Qeyd edək ki, İranda qadınlar bir neçə dəfə stadiona kişi paltarında girməyə cəhd göstəriblər. FİFA isə İran İdman Nazirliyinə xəbərdarlıq edərək qadınların futbol izləməyə buraxılmamasının qanuna zidd olduğunu bildirib. Xəbərdarlıqları nəzərə alan İran yeni qanunla bəzi oyunları stadionda qadınların da izləyə biləcəyini bildirib.

Qeyd edək ki, İranda xanımların futbol izləməsi 1979-cu ildən bu vaxta qədər qadağan idi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR