ABŞ beynəlxalq yardım xərclərini azaldır

ABŞ beynəlxalq yardım xərclərini azaldır
 

Donald Tramp administrasiyası ABŞ-ın beynəlxalq yardım xərclərini 4 milyard dollardan çox azaltmaq niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə "Politico” saytı etibarlı mənbəyə istinadən məlumat yayıb.

Ağ Evin büdcə məsələləri ilə bağlı bürosunda hazırlanan layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) xərclərini 2.4 milyard dollar, Dövlət Departamenti tərəfindən həyata keçirilən beynəlxalq yardım proqramlarının xərclərini isə 2 milyard dollar azaltmağı nəzərdə tutur.

 

Sözügedən sənəd həmçinin BMT-nin sülhməramlı fəaliyyətlərinə 787 milyon dollar, BMT büdcəsinə 522 milyon dollar və beynəlxalq təşkilatın humanitar və insan hüquqları ilə bağlı proqramlarına 364 milyon dollar yardımı kəsməyi tövsiyə edir.

Gələn həftə layihənin ABŞ Konqresinə göndəriləcəyi bildirilib. 45 gün ərzində Konqres bu təklifin qəbul olunması və ya rəddi barədə qərar verəcək.


OXŞAR XƏBƏRLƏR