Hindistan və Pakistan ordusu arasında atışma olub, 8 əsgər ölüb
Kateqoriya məlum deyil
Kəşmir nəzarət xəttində Pakistan və Hindistan ordusu arasında atışma olub.
APA-nın xəbərinə görə, bu barədə Pakistan Müdafiə Nazirliyinin mətbuat katibi general mayor Asif Qafur "Twitter” səhifəsində məlumat verib.
Atışma nəticəsində 3 Pakistan əsgəri və 5 Hindistan əsgəri həlak olub.
A.Qafur gün ərzində mütəmadi olaraq atışmanın davam etdiyini qeyd edib.






