“İstədiyimiz vaxt Fars körfəzində istənilən gəmini ələ keçirərik...”

“İstədiyimiz vaxt Fars körfəzində istənilən gəmini ələ keçirərik...”
 

İran hakimiyyəti Fars körfəzində istənilən vaxt istənilən gəmini ələ keçirə bilər, hətta onu Amerika və ya Britaniya qüvvələri müşaiyət etsə belə.

Belə təhdidlə İranın İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandanı, admiral Əlirza Tangsiri çıxış edib. İran televiziyasında çıxışı zamanı admiral bildirib ki, İnqilab Keşikçilərinin dəniz qüvvələri Hörmüz boğazında və Fars körfəzində təhlükəsizliyi müstəqil şəkildə təmin etməyə qadirdir. Və hansısa xarici köməyə ehtiyacı yoxdur.

Admiral onu da deyib ki, əgər körfəzdə hansısa formada İsrail qüvvələri görünsə bu müharibəyə gətirib çıxaracaq.

Admiral Əlirza Tangsiri ABŞ və Böyük Britaniyanı körfəzdəki hərbi iştiraklarına haqq qazandırmaq üçün "müxtəlif ssenarilər” uydurmaqda günahlandırıb. Deyib ki, Amerika tərəfi əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir.

Qeyd edək ki, İran son vaxtlar körfəzdə bir neçə dəfə neft tankerlərinə hücum edib, Böyük Britaniyaya məxsus tankeri ələ keçirib. Körfəzdən neft daşımalarının və gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün ABŞ Müdafiə Nazirliyi xüsusi missiya başladıb. Və müttəfiqlərini bu missiyaya qoşulmağa çağırıb. Hələlik təkcə Böyük Britaniya bu missiyaya qoşulmağa hazırdır. İyulun 22-də bu ölkə özünün atom sualtı qayığını və dəniz piyadaları dəstəsini Fars körfəzinə göndərib.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Bazis inflyasiyası yüksəldi - SON GÖSTƏRİCİ

2024-cü ilin noyabr ayında Azərbaycanda bazis inflyasiyası 3,9 faizə yüksəlib.   Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, bazis...

Məşhur aktrisa VƏFAT ETDİ - FOTO

"Romeo və Cülyetta" filmində Cülyetta obrazını canlandıran britaniyalı aktrisa Oliviya Hussi 74 yaşında vəfat edib.   Sfera.az xəbər verir ...

COP-29 tədbiri, strateji tərəfdaşlıq... - 2024-cü ilin Azərbaycana qazandırdıqları

Yola saldığımız ildə istər dünya ilə yanaşı  Azərbaycanda da bir sıra önəmli siyasi, iqtisadi və mədəni hadisələr baş verdi. Bu hadisələr ölkənin daxili və...

Prezident kommunal xidmət göstərəcək nəqliyyat vasitələri ilə tanış oldu - YENİLƏNDİ

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olu...

ƏDV yolu ilə milyon qazanan dəstə TUTULDU

Mütəşəkkil dəstə şəklində fəaliyyət göstərən bir neçə şəxs tərəfindən qanunusuz yollarla çoxsaylı ƏDV köçürmə əməliyyatları aparılıb. Bu barədə Sfera.az-a ...

Pilotun uçuşdan bir gün əvvəl anasına yazdığı mesaj... - VİDEO

“Hadisədən bir gün öncə mənə vatsapda yazdı və dedi ki, onu reysə təyin ediblər. Onu həmişə hansısa reysə təyin edəndə məni xəbərdar edirdi ki, ana, mən o...