Suriyada terrorçularla toqquşma: 10 hərbçi həlak oldu
Kateqoriya məlum deyil
Terrorçular Suriyanın Əbu-Dəli yaşayış məntəqəsini atəşə tutublar.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.
Onun sözlərinə görə, terrorçuların yaşayış məntəqəsini atəşə tutması nəticəsində 1 dinc sakin həlak olub, 2-si isə yaralanıb: "Daha sonra terrorçular bu ərazidə yerləşən Suriya ordusunun mövqelərinə hücum ediblər. Hökumət qoşunları hücum qarşısını ala bilib".
A.Bakin qeyd edib ki, terrorçularla toqquşma zamanı 10 hərbçi həlak olub, 21-i isə yaralanıb.






