Təsadüfən Rembrandtın əsərinin əslini aldı və milyonçu oldu
12:26 / 07.08.2019
2745
Lyej şəhərindən olan belçikalı təsadüfən Rembrandtın əsərinin əslini 500 avroya alıb, indi isə 30 milyona satmaq niyyətindədir.
Bu haqda "The Brussels Times” qəzeti xəbər verir.
10 il bundan əvvəl qeyd olunan şəxs təsadüfən barda borcun içində batan bir nəfərə rast gəlir və kömək məqsədi ilə ondan 500 avroya satdığı rəsmi alır. Bir qədər sonra o, dostlarının məsləhəti ilə əsəri ekspertizaya təqdim edir.
Ekspertiza rəsmin həqiqiliyini, Rembrandtın "İsusun portreti” əsərinin əsli olduğunu təsdiq edir və onu 30 milyon avroya dəyərləndirir.
Qeyd olunur ki, belçikalı bu əsəri satışa çıxartmaq və əldə olunan vəsaiti sevimli futbol klubuna yatırtmaq qərarına gəlib.