Ukrayna Rusiyaya məxsus tankeri saxladı

Ukrayna Rusiyaya məxsus tankeri saxladı
 

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Rusiyaya məxsus NEYMA tankerini saxlayıb.

Virtualaz.org xəbər verir ki, bu barədə qurumun "Facebook” səhifəsində məlumat yayılıb.

Qeyd olunur ki, tanker Kerç boğazında Ukrayna gəmilərinin hərəkətinə maneçilik törətdiyi üçün saxlanılıb. "Beynəlxalq dəniz hüququ normalarına zidd olaraq, RF FTX sərhəd qoşunlarının hərbçiləri qanunsuz şəkildə, silahdan istifadə etməklə Ukraynanın hərbi gəmilərinin Kerç boğazındakı hərəkətinə NEYMA tankeri ilə mane olublar”, - məlumatda deyilir.

UTX-nin məlumatına görə, hazırda həbs üçün vəsatət hazırlanır. Xidmətdə onu da bildiriblər ki, bu cür hərəkətlər nəticəsində 2018-ci ilin noyabr ayında Ukraynanın hərbi gəmiləri və 24 dənizçi saxlanılmışdı.

Məlumata əsasən, Rusiyanın bayrağı altında üzən tanker iyulun 24-də İzmail limanına daxil olub. UTX-dən bildirildiyinə görə, NEYMA gəmisinin adı dəyişdirilərək NIKA SPIRIT qoyulub ki, "onun Kerç boğazında baş verənlərə aidiyyatı bəlli olmasın”. Tankerdə axtarış aparılıb, heyət üzvlərinin ifadəsi alınıb.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...