Notr-Dam kilsəsi üçün 270 milyon avro yığıldı
14:10 / 25.07.2019
2769
Aprel ayında güclü yanğın baş vermiş Paris Notr-Dam kilsəsinin yenidən qurulması üçün Fransanın dörd fondu tərəfindən 270 milyon avroya yaxın ianə yığılıb.
"Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, vəsaitin toplanmasında 150-dən çox ölkədən yüz minlərlə donor iştirak edib.
Xatırladaq ki, aprelin 15-də məlum kilsədə baş vermiş dağıdıcı yanğından sonra Fransa hökuməti bərpa işlərinin aparılması üçün vəsait yığımı kampaniyasına start verib.
Ekspertlərin qiymətləndirmələrinə görə, kilsənin bərpasına bir neçə yüz milyon avro tələb olunacaq.