Paşinyan valideynlərinin öldürülməsindən qorxur
13:20 / 25.07.2019
2632
İcevanda baş verən olaylardan sonra Ermənistan Baş naziri Nikol Paşinyan qohumlarının mühafizəsini gücləndirib.
Axar.az xəbər verir ki, bu məlumatı "Jamanak” qəzeti yayıb. Məlumata görə, Paşinyanın İcevanda yaşayan valideynlərinin evinin qarşısında bununla əlaqədar olaraq post quraşdırılıb. Məlumatda polisin bunu yerli əhalinin Paşinyandan valideynləri vasitəsilə qisas alacağından qorxduğu üçün etdiyi bildirilib.
Qeyd edək ki, bundan öncə İcevanda taxta-şalban sexlərinin işçiləri Paşinyanın meşə ağac kəsilməsinin tam dayandırılması qərarına etiraz olaraq mitinq keçiriblər. Mitinq zamanla polislə etirazçılar toqquşublar.