Ankarada Belarus diplomatına silahlı hücum baş verib

Ankarada Belarus diplomatına silahlı hücum baş verib


Ankarada silahlı hücum nəticəsində Belarus diplomatı ağır yaralanıb.

 

"Sözcü" qəzeti yazır ki, səfirin müşaviri olan Aleksandr Poqanşevə onun istefada olan hərbçi ev qonşusu hücum edib və sonradan özünə qəsd edib.

 

İlkin məlumatlara görə, hücuma məişət zəminində mübahisə səbəb olub.

 

Diplomat əməliyyat olunub, onun vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Öz növbəsində Belarus Xarci İşlər Nazirliyi diplomata psixi problemləri olan Türkiyə vətəndaşının atəş açdığını bəyan edib.

 

OXŞAR XƏBƏRLƏR