Bu ayaqqabı 437 min dollara satıldı

Bu ayaqqabı 437 min dollara satıldı
ABŞ mərkəzli məşhur idman geyimləri markası "Nike"ın 1972-ci ildə istehsal etdiyi və qaçış üçün nəzərdə tutulmuş "Moon Shoe" modeli hərracda 437 min dollara satılaraq rekord qırdı.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu, bir ayaqqabı üçün ödənilən ən yüksək rəqəm kimi tarixə düşüb.
Nyu-Yorkun məşhur "Sotheby" adlı hərrac evində satışa çıxarılan ayaqqabı "Nike"ın qurucularından olan Bill Boverman tərəfindən 1972-ci ildə keçirilən Olimpiya Oyunlarında iştirak edəcək idmançılar üçün dizayn edilmişdi.
"Moon shoe" (ay ayaqqabısı) adlı modelin nümunəsi olan ayaqqabını iş adamı və avtomobil kolleksiyaçısı Maylz Nadal alıb.
Onu da qeyd edək ki, bu ayaqqabıdan sadəcə 12 ədəd istehsal edilib.

OXŞAR XƏBƏRLƏR