Çin: \"Uyğurlar türk əsilli deyil və ərəblər tərəfindən zorla müsəlmanlaşdırılıblar\"

Çin: \
Çin hökumətinin yaydığı bəyanatda Şərqi Türkistan Muxtar Vilayətində yaşayan uyğurların türk əsilli olduqlarını deməyin yanlış ifadə olduğu bildirilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bəyanatda uyğurların zaman keçdikcə türkçü və islamçı qruplaşmaların əlində oyuncaq halına gəldiyi iddia edilir. Çin Kommunist Partiyasına xidmət edən Dövlət Komissiyası İnformasiya Agentliyinin yaydığı bəyanatda, ölkənin şimali-şərqində yerləşən Sincanın tarixən Çinin ayrılmaz tərkib hissəsi olduğu bldirilir.
Bəyənatda o da qeyd olunur ki, islam sadəcə uyğurların inandığı din deyil və onlar Ərəb İmperiyası tərəfindən zorla müsəlmanlaşdırılıblar. Bəyanatın mətnində dini idarə sisteminin və radikallığın dövlətə xəyanət sayıldığı və mübarizə aparılmalı hal olduğu bildirilir.
Sözügedən bəyanatda Çinin daxilində və xaricindəki bəzi qüvvələrin ölkəni parçalamağa cəhd etdiyi, tarixi həqiqətləri ört-basdır etməyə çalışdığı bildirilir.

OXŞAR XƏBƏRLƏR