Logo

14 nəfər saxta spirtli içkidən öldü

14 nəfər saxta spirtli içkidən öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə saxta spirtli içkidən zəhərlənmə faktları qeydə alınıb.

Sfera.az unikal.org-a istinadən xəbər verir ki, hadisə Mersin, Niğde və Adana şəhərlərində baş verib.  Belə ki, son 20 gündə 14 nəfər saxta spirtli içki səbəbilə dünyasını dəyişib.

Zəhərlənməyə görə, 3 nəfər Adana Çukurova Universiteti Tibb Fakültəsinin Balcalı Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi vəfat edib, biri isə bir gözünü itirib. Adana şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparılan daha 2 nəfər də eyni aqibəti yaşayıb.

Mersin şəhərində son 15 gündə spirtli içkidən zəhərlənmə şikayətilə 31 nəfər xəstəxanaya müraciət edib. Onlardan 8-i ölüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR