Logo

Zelenski Putinlə görüşmək istədiyini bildirib

Zelenski Putinlə görüşmək istədiyini bildirib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Krım və Donbasdakı vəziyyəti Belarusun paytaxtı Minskdə müzakirə etməyi təklif edib.

"Reuters” xəbər verir ki, Vladimir Zelenski bu barədə "Facebook” səhifəsində müraciətində bildirib.

"Danışıqlar üçün bu şəxsləri təklif edirəm: Mən, siz (Vladimir Putini nəzərdə tutur - red.), ABŞ prezidenti Donald Tramp, Britaniyanın baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron”, - deyə o vurğulayıb.

V.Zelenski qeyd edib ki, Ukrayna diplomatik formatların heç birindən imtina etmir.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, məsələ öyrənilməlidir, lakin ABŞ tərəfinin danışıqlarda iştirakı Normandiya formatı ilə nəzərdə tutulmayıb və Amerika Minsk razılaşmalarına da imza atmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR