Eboladan ölənlərin sayı 1504-ə çatıb
Konqo Demokratik Respublikasında ötən ilin iyul ayında başlayan Ebola epidemiyasından ölənlərin sayı 1504-ə çatıb.
"Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin paylaşdığı məlumatlara görə, epidemiya Şimali Kivu əyalətində başlayıb, daha sonra İturi əyalətinə yayılıb.
Epidemiyada 2 min 369 qanamalı qızdırma müşahidə olunub. Onlardan 94-ü həyatını itirib.
2018-ci ilin avqust ayından bəri bu ərazilərdə yaşayan 149 min 349 nəfərə peyvənd vurulub.
Qanaxma və yüksək temperatur kimi simptomlarla ortaya çıxan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqonun Yambuku şəhərlərində yayılıb. Konqodakı epidemiya Ebola çayı yaxınlığındakı kənddən başladığı üçün virusa bu ad verilib.
Ebola virusu sonuncu dəfə 2014-2017-ci illərdə Ginə, Liberiya və Sierra-Leonedə 30 min nəfərə yoluxub və onlardan 11 mini həlak olub.