Tripoliyə hava zərbələri: çox sayda ölü və yaralı var
Dünya
12:01 / 03.07.2019
3594
Liviyanın paytaxtı Tripoli şəhəri yaxınlığındakı qaçqın sığınacağına edilən aviazərbələr nəticəsində ən azı 40 nəfər ölüb. Səhiyyə xidmətinin nümayəndəsi Malik əl-Mursit "RİA Novosti”yə bildirib ki, təxminən 80 nəfər yaralıdır. Onun sözlərinə görə, təcili tibbi xidmət işçiləri zərər çəkənlərə kömək etməkdə davam edir. Liviya hakimiyyəti yaralıların xəstəxanalara yerləşdirilməsi ilə bağlı fotomateriallar təqdim edib. Xatırladaq ki, bir müddət əvvəl marşal Xəlifə Haftarın tabeliyində olan Liviya milli ordusu Tripoliyə qarşı hava əməliyyatlarına başladıqlarını bildirib.