Türkiyədə hərbi maşın aşdı: 19 yaralı
Kateqoriya məlum deyil
Türkiyənin Hatay bölgəsində hərbi maşının aşması nəticəsində 19 əsgər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Yaralılar Antakyadakı xəstəxanalara çatdırılıb. Əsgərlərin vəziyyətinin stabil olduğu qeyd olunub.






